Mobil versiya
Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur
Tarix: 21-10-2016 | Saat: 10:30
Bölmə:Manşet | çapa göndər



"Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusu verilə bilər"

Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılanır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib.

Dövlət rəsmisi postneft dövrünün islahatları ilə bağlı da mühüm açıqlamalar verib.

Əli Həsənov bildirib ki, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Bu problem bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir. Azərbaycan münaqişənin beynəlxalq hüquqi prinsiplər çərçivəsində həlli üçün fəal siyasət aparsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi buna mane olur.

Əli Həsənov deyib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusu verilə bilər.

Dövlət rəsmisi post neft dövründə həyata keçirilən islahatlara da toxunaraq bildirib ki, artıq həmin mərhələ başlayıb və ölkədə ciddi iqtisadi, siyasi islahat aparılır.

Bütün bunlar isə dayanaqlı iqtsaidi inkaşfın davamlılığını təmin edəcək.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024