Mobil versiya
"Manatın məzənnəsində ciddi dəyişikliklər olarsa..."
Tarix: 15-10-2016 | Saat: 19:22
Bölmə:Manşet | çapa göndər

"Manatın məzənnəsində ciddi dəyişikliklər olarsa..."






Arzu edirik ki, bundan sonra manatın məzənnəsində ciddi dəyişikliklər baş verməsin. Əgər baş vermiş olacaqsa belə, bu, dərman idxalçıları üçün ciddi bir problem yaratmayacaq. Bunun üçün mexanizm artıq formalaşıb.
Aia.az məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov bildirib ki, dərman idxalçılarının manatın məzənnəsinin dəyişməsi ilə bağlı Nazirlər Kabinetinə müraciəti artıq öz həllini tapıb:

"Manatın məzənnəsində müəyyən dəyişikliklərlə əlaqədar olaraq problemlər yaranmışdı. Vaxtında bu məsələ həll edildi və müəyyənləşdirilmiş məzənnə əsasında, məzənnədə baş verən dəyişikliklər nəzərə alınmadan dərman idxal edən şirkətlər üçün müvafiq dövlət və maliyyə qurumları tərəfindən valyuta ayrıldı ki, onlar sərbəst şəkildə, hər hansı bir çətinlik, maliyyə sıxıntısı hiss etmədən dərmanları Azərbaycana gətirsinlər".

Baş nazirin müavini əlavə edib ki, bu məsələ həll olunmuş məsələdir və artıq bunun üçün mexanizm formalaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024