Mobil versiya
Vətəndaş DSX Akademiyasında təhsil alan kursantlar üçün yaradılmış şəraitə görə təşəkkür etdi
Tarix: 08-04-2024 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm / Özəl | çapa göndər

Vətəndaş DSX Akademiyasında təhsil alan kursantlar üçün yaradılmış şəraitə görə təşəkkür etdi

Bu günlərdə redaksiyamıza daxil olmuş oxucu məktubunda Dövlət Sərhəd Xidmətinin, eləcə də DSX Akademiyasının rəhbərliyinin ünvanına səmimi minnətdarlıq ifadələri yer alıb. Daimi izləyicimiz Elnur Möhübbət oğlu Hüseynov bildirir ki, onun oğlu DSX Akademiyasında təhsil alır və məhz bu səbəbdən Hüseynovlar ailəsində bu ali hərbi təhsil müəssisəsində kursantlar üçün yaradılmış şəraitdən kifayət qədər xəbərdardırlar.

Oxucumuz qeyd edir ki, DSX Akademiyası dövlət sərhədlərimizin etibarlı şəkildə qorunması məqsədilə peşəkar sərhədçi zabitləri hazırlayan əsas ali hərbi təhsil ocağı olmaqla, burada təhsilin yüksək səviyyədə aparılması, kursantların elmi, nəzəri və praktiki vərdişlərə yiyələnməsi üçün güclü elmi tədris bazası mövcuddur. Akademiyada kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün hər cür şərait yaradılıb. Peşəkar kadrlar hazırlanan akademiyada hərbi və dil bilikləri ilə yanaşı, etika-estetika dərsləri də tədris olunur. Eyni zamanda kursantların fiziki hazırlığının möhkəmləndirilməsi üçün həm açıq, həm də qapalı şəraitdə trenajor və idman zalları mövcuddur. Kursantlar burada güləş, boks və digər idman növləri ilə məşğul olurlar.

Bir sözlə, kursantların Vətənə, xalqa və dövlətə sadiq peşəkar zabitlər kimi yetişmələri üçün DSX Akademiyasında hər bir şərait ən yüksək səviyyədə yaradılıb. Elnur Hüseynov Akademiyada yaradılmış bu şəraitə və kursantların təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Dövlət Sərhəd Xidmətinin rəisi genaral-polkovnik Elçin Quliyevə, DSX Akademiyasının rəhbərliyinə və yüksək peşəkarlığı ilə seçilən pedaqoji heyətinə öz adından və övladları burada təhsil alan bütün valideynlər adından səmimi minnətdarlığını, dərin təşəkkürünü bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024