Mobil versiya
Azərbaycanda 11 mindən çox məcburi köçkünün aylıq müavinəti dayandırıldı
Tarix: 08-04-2024 | Saat: 11:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda 11 mindən çox məcburi köçkünün aylıq müavinəti dayandırıldı

Azərbaycanda 11 530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb.

aia.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi üçün tələbatın düzgün müəyyənləşdirilməsi istiqamətində işlərə başlanmış, ümumilikdə 11530 nəfər, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə xidmət etmiş şəxslər və s. üzrə vahid aylıq müavinətin ödənişi dayandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024