Mobil versiya
Erməni deputat: İkinci Qarabağ müharibəsindən sonra diz çökmüşdük
Tarix: 03-04-2024 | Saat: 11:46
Bölmə:Dünya | çapa göndər

Erməni deputat:

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim "Mülki Müqavilə" Partiyası nüfuzunu itirdi, bir növ öldü.

aia.az xəbər verir ki, bunu ölkə parlamentində siyasi təşkilatı təmsil edən deputat Ovik Ağazaryan deyib.

"Biz diz çökmüşdük. Amma bizə dedilər ki, qalxın, düz yoldasınız. Ona görə də müharibədən sonra "Mülki Müqavilə" Partiyası ölüb-dirildi", - o söyləyib.

Deputatın sözlərinə görə, müharibə və qurbanların verilməsi doğru yol deyil.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb və noyabrın 9-da Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə başa çatıb. Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalayıb./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024