Azərbaycanda məhkəmə ilə bağlı yeni platforma yaradılır - İnam Kərimov AÇIQLADI
Tarix: 02-04-2024 | Saat: 11:07
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən “E-justice” platforması yaradılır.
aia.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası tərəfindən hüquq-mühafizə orqanlarının, eləcə də məhkəmə hakimiyyətinin işinə önəmli töhfə vermək məqsədilə dövlət orqanlarının qarşılıqlı elektron fəaliyyətini özündə əks etdirən yeni bir konsepsiya hazırlanıb:
“E-justice” platforması ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına və səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, eləcə də vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir. “Elektron ədalət mühakiməsi” sistemi mülki, kommersiya, inzibati, cinayət və inzibati xətalara dair işlər üzrə icraatın rəqəmsallaşmasını təmin edən mərkəzləşdirilmiş bir platformadır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024