Mobil versiya
“Dünyada “Prius”lar hörmətli sayılır, bizdə imici başqadır”
Tarix: 02-04-2024 | Saat: 10:08
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

“Dünyada “Prius”lar hörmətli sayılır, bizdə imici başqadır”

Azərbaycanda taksilərə aid yeni standartların müəyyən edilməsindən sonra ölkədə köhnə maşınların satışa çıxarılması kütləviləşib. Belə ki, qeydiyyat şəhadətnaməsində buraxılış tarixi 15 ildən artıq olan avtomobillərə taksi fəaliyyəti göstərməsinə qadağa qoyulmasının ardından sözügedən maşınların sahibləri onları satmağa qərar veriblər.

aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, son günlərdə sosial şəbəkələrdə və müvafiq saytlarda yüzlərlə yeni satış elanlarına rast gəlmək olar. Xüsusilə taksi kimi fəaliyyət göstərmiş "Toyota Prius" markalı və 2007, 2008, 2009-cu il buraxılışlı avtomobillərin satışa çıxarılması və təklifin tələbi üstələməsi nəticəsində qiymətlərin enməsi müşahidə edilir ki, bu da taksi sahiblərinin verilmiş qərardan nə dərəcədə təsirləndiyini göstərir.

Paralel olaraq isə son vaxtlar Azərbaycana hibrid mühərrikli, daha təzə və müasir avtomobillərin axınının başlaması müşahidə edilir.

Mütəxəssislər bildirir ki, son vaxtlar Bakıda taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar bu sahədə illərdir davam edən pərakəndəliyin aradan qaldırılmasına, xidmət keyfiyyətinin artırılmasına və Bakıda tıxacların azaldılmasına hesablanıb.

Zamanın tələbi olaraq köhnə avtomobillər də tədricən Bakı küçələrini tərk edərək ölkənin digər bölgələrinə istiqamətlənəcək. Yeni qaydaların tətbiqindən sonra isə lisenziyalı taksilərin gündəlik səfər sayının artırılması, xidmətin yüksəlməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşması gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024