Mobil versiya
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti Aleksandr Korçaginə başsağlığı məktubu göndərib
Tarix: 23-03-2024 | Saat: 16:25
Bölmə:Gündəm | çapa göndər

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti Aleksandr Korçaginə başsağlığı məktubu göndərib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti Aleksandr Korçaginə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Aleksandr Viktoroviç!

Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması xəbəri məni dərindən sarsıtdı.

Baş verən terror hadisəsini pisləyir, Sizə, eləcə də həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan həmkarlar ittifaqlarının üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024