Mobil versiya
Özbəkistanda zəlzələ oldu
Tarix: 22-03-2024 | Saat: 10:33
Bölmə:Dünya | çapa göndər

Özbəkistanda zəlzələ oldu

Özbəkistanın paytaxtı Daşkənddə və bu ölkənin bir sıra digər regionlarında zəlzələ baş verib.

aia.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5,4 maqnitudada zəlzələnin episentri Tacikistanda olub: “Zəlzələnin ocağı Daşkənddən 313 km cənub-şərqdə hiss olunub”.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Daşkənd və Sırdərya vilayətində 2 bal, Əndican və Namanqan vilayətlərində 2-3 bal, Fərqanə vilayətində 3 bal gücündə hiss olunub.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024