Cənab Prezident İlham Əliyevin himayəsi altında Azərbaycanda 11-ci ildir ki, Qlobal Bakı Forumu keçirilir.
Tarix: 16-03-2024 | Saat: 13:05
Bölmə:Siyasət | çapa göndər
Prezident İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Parçalanmış dünyanın bərpası» mövzusunda XI Qlobal Bakı Forumunda beynəlxalq ictimaiyyəti düşündürən qlobal problemlərin həlli yolları geniş müzakirə olundu
Ötən yüzilliyin sonlarında formalaşan, müasir dövrümüzdə daha da qloballaşan çağırışlar, dəyişikliklər dövlətlər, cəmiyyətlər qarşısında yeni tələblər qoydu. Dövlətlərarası münasibətləri tənzimləyən bu çağırışların dünya sivilizasiyalarının taleyinə təsiri aydın hiss olunur, kompromisləri qaçılmaz edir. Təbii fəlakətlərin, həyat, canlılar üçün təhlükəli pandemiyaların artması, iqtisadi böhranların davam etməsi həllini gözləyən həyati məsələləri daha da çətinləşdirir. Yeni dünya düzənini formalaşdırmaq, geosiyasi vəziyyəti milli maraqları naminə tənzimləmək iddialarını gerçəkləşdirmək istəyən supergüclərin hərb meydanına çevirdikləri planetimiz ciddi sual qarşısındadır: Demokratiya işləyirmi?” Gücün beynəlxalq hüquq normalarını sıxışdırdığı, daxili, xarici siyasətlərini zorakılıq, hökmranlıq prinsipləri əsasında tənzimləyən, multikultural dəyərlərdən imtina edən, miqrantlara həqiqi mənada qan udduran, terrorizmi, islamofobiyanı dəstəkləyən qüdrətli dövlətlər insanlıq üçün mühüm əhəmiyyətə malik sosial problemlərdən daha çox hərbi gücə üstünlük verirlər. Artıq tam əminliklə söyləmək olar ki, həqiqi demokratiyanın mövcudluğu ilə bağlı sual dövlətlərin taleyi, suverenliyi, ümumiyyətlə, sakini olduğumuz dünyamızın varlığı ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, dünyanın siyasət meydanında oyunçular kimi qalsalar da, suverenliyini, dövlət funksiyalarını və hakimiyyətini itirən dövlətlər də vardır.
Bu kimi amilləri nəzərə almaqla əminliklə söyləmək olar ki, mahiyyət etibarilə qloballaşma elə yeni dünya nizamı deməkdir.
Martın 14-də paytaxtımızda Prezident İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan «Parçalanmış dünyanın bərpası»” mövzusunda XI Qlobal Bakı Forumda, tədbir çərçivəsində müxtəlif məsələlərə aid panellərdə dünyamızın gələcəyi ilə bağlı maraqlı müzakirələr aparıldı, beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlar səsləndirildi. Təhlükələrin, silahların hökm sürdüyü, təhdidlərin artdığı, böyük güclərin çarpazlaşan maraqları ilə düzəni pozulan dünyamızda sülh və təhlükəsizlik qaydalarının arxa plana keçirilməsi çox ciddi narahatlıqlar yaradır.
Yerləşdikləri bölgələr üçün riskləri artıran Rusiya-Ukrayna, hər gün onlarla insanın həyatına son qoyan, Afrikanın bəzi bölgələrində narahatlıq yaradan HƏMAS- İsrail müharibələri, hələ də xaos yaşayan Haiti terroru, cinayətkarlıq, zorakılıq bəlasından əziyyət çəkən Latın Amerikası ölkələrinin problemləri bütünlükdə dünyada sabitliyin qorunmasına birbaşa təsir edən ciddi təhdidlərdir.
Dini radikalizmin, islamofobiyanın genişlənməsi, sayı 100 milyonu ötən köçkünlərin üzləşdiyi problemlərin artması dövlətlərin dayanıqlı inkişafını ləngidir. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulması, həyat qaynağı olan su ehtiyatlarından düzgün istifadə olunmaması ilə bağlı təşvişlərin artdığı, elm, texnologiya və innovasiya sahələrində inanılmaz yeniliklərin , süni zəkanın həyatımızın bütün sahələrinə təsiri vəziyyəti daha da mürəkkəbləşdirir.
Bu baxımdan beynəlxalq rəylərin öyrənilməsi, dialoqların təşkili üçün nəzərdə tutulan Qlobal Bakı Forumu kimi platformaların təşkili önəmlidir. Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi beynəlxalq əhəmiyyəti artan Bakı Qlobal Forumu artıq nüfuzlu beynəlxalq tədbir kimi tanınır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi potensialı, iştirakçıların sayı baxımından daha çox diqqət çəkir.
Sürətlə dəyişən dünyamızda yeni qeyri-sabitlik və qarşıdurma ocaqlarının meydana çıxmasından, geosiyasi dəyişikliklərdən narahatlığını IX Qlobal Bakı Forumundakı çıxışında ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə hər zaman ehtiyac var. 70 ölkədən 400-ə yaxın qonağın iştirak etdiyi Forumun nəhəng intellektual potensialı da artmaqdadır.
Çıxışında ötən ildən sonra dünyada, Cənubi Qafqazda baş verən hadisələr barədə məlumat verən, lokal xarakterli dəyişiklikləri diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, əsas geosiyası dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır.
BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dörd qətnaməsini ədalətli, ölkəmizin öz gücü ilə həll edildiyini vurğulayan Prezident İlham Əliyev artıq tarixin arxivinə atılmış, guya «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün yaradılsa da əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistanın işğalını qanuniləşdirmək olan ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətini sıfırla qiymətləndirdi: «İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi bu və həmçinin sözsüz ki, Ermənistan hökumətlərinin-1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökumətlərin qeyri-konstruktiv mövqeyi idi.»
Dövlət başçısının çıxışında müharibəni qaçılmaz edən amillər də diqqətə çatdırıldı. Ermənistanın yeni rəhbərliyinin «Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır», «Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq»” kimi qəbuledilməz təklifləri, «Qarabağ Ermənistandır” və nöqtə!» sayıqlamaları vəziyyəti gərginləşdirdi. Azərbaycanın Zəfəri ilə nəticələnən, hərbi əməliyyatlarının mahiyyətinə, hazırlığına, döyüş və təlim taktikasına görə İkinci Qarabağ müharibəsi eyni zamanda XXI əsrin unikal müharibəsi kimi tarixə yazıldı. Azərbaycan illərdən bəri bu münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü təkidlə sübuta yetirməyə çalışanlara bildirdi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. Ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanda separatçılığa birdəfəlik son qoyuldu, respublikamızın suverenliyi, ərazi bütövlüyü bərpa olundu.
Çıxışında «İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir» sözlərini diqqətə çatdıran Prezident İlham Əliyev haqlı olaraq bildirib ki, Azərbaycanda baş verən hadisələr həllini gözləyən digər münaqişələr üçün model ola bilər. Qeyri-qanuni işğala, etnik təmizliyə və soyqırımına məruz qalan, iqtisadi inkişafı, maliyyə imkanları, müdafiə potensialı güclənən, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq qurumlar tərəfindən ərazi bütövlüyü tanınan Azərbaycan tarixi Qələbəsini mümkün etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın separatçı rejimə dırnaqarası müstəqillik günü münasibətilə təbrik məktubu göndərməsi ötən ilin sentyabr ayında Qarabağda antiterror tədbirlərinin aparılmasını zəruriləşdirdi. Bir günlük tədbir nəticəsində erməni separatizminin , terrorunun kökü kəsildi. Mülki əhali arasında itki olmadı. Siyasi iradəsi, xalqın birliyi, hərbi qüdrəti ilə tarixi ədaləti və beynəlxalq hüququ bərpa edən Azərbaycanın hədəfi regionda düşmənçiliyə son qoymaqdır.
Təbii ki, illərdən bəri terrorçu Ermənistanı dəstəkləyən, hərbi- siyasi dəstək göstərən Fransa və başqa Avropa ölkələrinin, ABŞ-ın İkinci Qarabağ müharibəsinə və antiterror tədbirinə münasibətləri qeyri-adekvat oldu. Ölkəmizə qarşı sanksiyaların tətbiqi ilə bağlı cəhdlər göstərildi. «Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi» söyləməklə Ermənistanı silahlandıran, yeni müharibəyə şirnikləndirən, çox hallarda özünü mədəniyyət mərkəzi hesab edən Fransanın Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinə qarşı etikadan kənar hərəkəti vandalizm adlandırdı. «Bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir. Bu, ikili standartların göstəricisidir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır» sözləri ilə Fransanın iç üzünü göstərən Prezident İlham Əliyev Cənubi Qafqaza, siyasi, iqtisadi qüdrəti ilə tanınan Azərbaycana edilən hər hansı müdaxilənin qarşısının alınacağını qətiyyətlə bildirdi.
Forumda ölkəmizin dünya birliyində möhkəmlənən nüfuzundan, iqtisadi, siyasi uğurlarından bəhs edən dövlət başçımızın vurğuladığı kimi, COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakının yaşıl enerjiyə keçidlə bağlı səylərinin, təşəbbüslərinin dəstəklənməsi, uğurudur. Ötən ilin oktyabrında Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının istifadə verilməsi, daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işlərinin davam etdirilməsi, 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı planlaşdırılması zəngin karbohidrogen ehtiyatlarına malik respblikamızın qarşısında duran real hədəfdir. Beynəlxalq səviyyədə dəstəklənən Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə bağlı layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır. Bu il ölkəmizdə keçiriləcək COP29 kimi mühüm tədbir Azərbaycanın son 30 ildə apardığı düzgün siyasətin, təşəbbüskarlığının məntiqi nəticəsidir. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinə, müəllifliyi ilə reallaşan enerji nəqliyyat layihələrinə qısqanclıqla yanaşan Qərb, bəzi dairələr ÇOP29-un ölkəmizdə keçirilməsinə də tənqidi yanaşırlar. Belə dairələrə xatırladaq ki, iqlim dəyişikliyi ilə bağlı görülən işlərə töhfəsini yaşıl keçidlə davam etdirən ölkəmizin 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumda xüsusi ab-hava, həmrəylik, risklərə qarşı birgə mübarizə metodu formalaşdi. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlığa dair bəyannamə imzalayan Azərbaycan 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının da ən fəal üzvdür..
Azərbaycanı dünyada nüfuzu artan nadir ölkələrdən adlandıranlar bu Forumda da eyni qənaətlərini bildirdilər. Beynəlxalq hüquqa zidd olsa belə torpaqları Ermənistan tərəfindən qeyri-qanuni işğal edilmiş ölkəmizin ərazilərini azad, suverenliyini bərpa etməsi dəstəkləndi. Azərbaycanın Ermənistan üzərindəki Zəfəri haqqın, ədalətin Qələbəsi kimi dəyərləndirildi. Forumdakı çıxışların ümumi rəyi belə oldu ki, dünyada qeyd-şərtsiz olaraq bütün insanlara, kişi və qadınlara, müxtəlif irqə, dinə məxsus insanlara eyni münasibət göstərilməlidir. Son illərdə dünyada baş verən toqquşmalar, terror aktları, miqrantların artan sayı göstərdi ki, insanların inanclara, dini mənsubiyyətə, irqinə görə fərqli münasibətlər fəlakətlə nəticələnir. Eyni planeti bölüşdüyümüz dünyamızda ölkələr kateqoriyalara bölünməməlidir.
Forumda COP28-in nəticələri və COP29-a hazırlıq, yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən qida təhlükəsizliyi, sülhün təmin olunması üçün perspektivlər, parçalanmış dünyada dayanıqlılığın qorunması, onun qlobal sülhə təsiri ilə bağlı müzakirələr aparıldı. Qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələləri ilə bağlı problemlərin həlli yolları ilə bağlı çağırışlar səsləndirildi. Eyni zamanda süni intellekt, dronlar və kibersilahlar dövründə risklərə qarşı birgə mübarizənin əhəmiyyəti diqqətə çatdırıldı.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024