"Qarabağda Yeni Səhifə: 20 Sentyabr – Suverenliyin Qələbə Günü"
Tarix: 19-09-2025 | Saat: 16:29
Bölmə:Özəl | çapa göndər

2023-cü ilin 20 sentyabrı Azərbaycan tarixində yalnız bir uğurlu hərbi əməliyyatın tamamlandığı gün deyil, həm də milli suverenliyin tam bərqərar olduğu dönüş nöqtəsi kimi yadda qaldı. Həmin tarixdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlət nəzarəti tam təmin edildi və bununla da Qarabağın siyasi və hüquqi mənzərəsində yeni bir mərhələ başlandı. Bu əlamətdar tarix artıq hər il ölkədə “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” kimi qeyd edilir və milli birlik, dövlətçilik ruhu, azadlıq əzmi ilə əlaqələndirilir. Azərbaycan xalqı üçün bu gün təkcə zəfərin deyil, həm də sabaha olan inamın simvoludur. 8 noyabr 2023-cü ildə — Zəfər Gününün 3-cü ildönümündə Xankəndidə keçirilən hərbi parad Azərbaycanın dövlət iradəsinin, ərazi bütövlüyünün və beynəlxalq hüquqa əsaslanan mövqeyinin dünyaya açıq nümayişi oldu. Bu parad, eyni zamanda, Qarabağ torpaqlarında suverenliyin artıq dönməz olduğunun rəmzinə çevrildi. Qələbədən sonra Azərbaycan hökumətinin diqqəti yalnız ərazilərin nəzarətə götürülməsi ilə məhdudlaşmadı. Qarabağ Universitetinin təsis edilməsi bu bölgənin intellektual və sosial inkişafına verilən dəyərin təzahürüdür. Gənclərə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, universitet bölgənin gələcək elmi və texnoloji potensialına da təkan verəcək. Prezident İlham Əliyevin Xocavənd rayonuna və ətraf kəndlərə etdiyi mütəmadi səfərlər, dövlətin bölgəyə verdiyi strateji önəmi göstərir. Həyata keçirilən genişmiqyaslı layihələr Qarabağın planlı şəkildə dirçəldiyini sübut edir:
Böyük Tağlar, Edilli, Tuğ, Düdükçü və Azıx kəndlərinə səfərlər və tarixi abidələrlə tanışlıq;
Hadrutda Dövlət Bayrağının ucaldılması və yeni yol infrastrukturunun təməli;
Azıx mağarası və alban kilsələrinin qorunması istiqamətində mühüm addımlar;
Yeni hərbi hissələrin, inzibati binaların, məktəblərin və yaşayış komplekslərinin inşası;
“Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi;
Hadrutun turizm konsepsiyasının təqdimatı və yeni məscidin açılışı;
Qırmızı Bazar və digər yaşayış məntəqələrinə səfərlər. Bu fəaliyyətlər bölgədə yalnız fiziki deyil, sosial və mədəni dirçəlişin də başladığını sübut edir.
20 sentyabr tarixinin əsl dəyəri yalnız keçmişin deyil, gələcəyin də formalaşdırılmasındadır. Bu gün azad edilmiş şəhərlərdə yeni məktəblər tikilir, yollar salınır, dövlət qurumları fəaliyyətə başlayır və vətəndaşlar öz doğma torpaqlarına qayıdırlar. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucalan Azərbaycan bayrağı — bu torpaqlarda yenidən bərqərar olan sabitliyin, təhlükəsizliyin və rifahın simvoludur. Bu gün Qarabağda yalnız keçmişin izləri silinmir, həm də gələcəyin təməli atılır. 20 sentyabr — artıq bir tarix deyil, bir məfhumdur. O, Azərbaycanın gücünü, birliyini və strateji baxışını nümayiş etdirən gün kimi tarixə yazılıb.
Misir Məmmədov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-09-2025