Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq
Tarix: 16-03-2024 | Saat: 11:41
Bölmə:Siyasət | çapa göndər
Martın 14-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Azərbaycan Prezidentinin çıxışı sülh müqaviləsinin imzalanması üçün siyasi şəraitin yetişdiyinə dair bir sıra mühüm mesajları özündə əks etdirir. İlk növbədə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın və Ermənistanın postmünaqişə dövrünə daxil olması regionda yeni konyukturun formalaşmasına səbəb olub. Ötən il Azərbaycanın Qarabağda separatçılığa son qoyaraq keçmiş işğal altındakı ərazilərdə öz suverenliyini tam bərqərar etməsi nəticəsində iki ölkə arasında sülhün əldə edilməsi növbəti mərhələ açıb. Ona görə də Ermənistan regiondakı proseslərin perspektivinə, o cümlədən Azərbaycanla münasibətlərə yeni siyasi reallıqlar prizmasından baxmalıdır.Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.XI Qlobal Bakı Forumuna qatılanlar çıxışlarında Azərbaycanın bölgədə oynadığı rolu yüksək qiymətləndirib, regional layihələrin Avropa üçün əhəmiyyətindən danışıblar. Rəsmi Bakı Qlobal Forumla bu gün bütün ermənipərəst Qərb dairələrinə ciddi cavab vermiş olur. Yaxşı olar ki, Ermənistan da artıq rəsmi Bakının tək Cənubi Qafqazda yox, artıq Avropada da önəmli, özünün xüsusi çəkisi olan beyin mərkəzlərindən birinə çevrildiyini və regional məsələlərlə bağlı mütləq şəkildə ilk növbədə Azərbaycanla əsas məsələləri razılaşdırmalı oduğunu anlasın. Əks təqdirdə İrəvanın uyduğu yeni ssenarilər onun final pərdəsini daha da tezləşdirəcək.
Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb. Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib.XI Bakı Qlobal Forumu Azərbaycanın Qarabağın tamamında suverenliyini bərpa etdikdən və separatizmə son qoyduqdan sonra Bakıda keçirilən ilk Forumdur.
Bu baxımdan, sülh mətninin razılaşdırılması üçün əlverişli müstəvinin formalaşdığını demək olar. Sülh müqaviləsinin reallaşması isə Ermənistan bu imkanları dəyərləndirməsindən çox asılıdır. Prezident İlham Əliyevin çıxışı Ermənistana real siyasi şansdan istifadə etmək çağırışı kimi də qiymətləndirilə bilər. Ermənistan hakimiyyəti təbii ki, Azərbaycanla sülhə alternativ variantın olmadığını anlayır. Artıq Ermənistanın işğal altındakı kəndləri Azərbaycana qaytarmaq barədə rəsmi Bakının tələbini qəbul etməsi sülh sazişinin imzalanması yönündə mövqeləri daha bir addım yaxınlaşdırır. Sadəcə olaraq, şəraitə uyğun qərar qəbul etmək üçün Ermənistan hakimiyyətinin siyasi iradəsi lazımdır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024