Yasamal rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamət sakinlərin rifah yüksəlişini təmin etməkdir
Tarix: 15-03-2024 | Saat: 12:54
Bölmə:Gündəm / Özəl | çapa göndər
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən möhtəşən bərpa və yenidənqurma işləri bu gün bütün dünyanın diqqətini özünə çəkir. Eyni zamanda da, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi inkişaf ölkənin bütün digər bölgələrində, bütün rayon və şəhərlərimizdə quruculuq işlərinin yüksək səviyyədə davam etdirilməsinə əlverişli zəmin yaradıb. Əlbəttə ki, günü-gündən gözəlləşən paytaxt Bakımızda həyata keçirilən abadlıq-quruculuq işləri də doğma şəhərimizin simasını sürətlə dəyişir və dəyişikliklər həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının heyranlığına səbəb olur.
Bu gün ölkəmizdə və paytaxtda müşahidə olunan hərtərəfli inkişafın təsirləri Bakının Yasamal rayonunda da öz bariz təzahürlərini tapmaqdadır. Qeyd etmək lazımdır ki, Elşad Həsənovun rəhbərlik etdiyi Yasamal rayon İcra Hakimiyyətinin fəaliyyətində hər zaman prioritet istiqamətlər kimi müəyyən etdiyi məsələlər vətəndaş məmnunluğunun təmin edilməsi, genişmiqyaslı abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması olmuşdur. Həmçinin əminliklə deyə bilərik ki, möhtərəm dövlət başçımızın qarşıya qoyduğu vəzifə və tapşırıqların effektiv icrası məqsədilə hazırda Yasamal RİH-də bütün qüvvələr səmərəli şəkildə səfərbər edilmişdir. Yasamal rayonunda görülən işlər özünün ünvanlı, ardıcıl, sistemli olması ilə ümumilikdə Bakı şəhərində davam etdirilən abadlıq-quruculuq işlərinin genişlənməsi və paytaxtın kompleks inkişafını təmin edilməsi məqsədlərinə böyük töhfələr verir. Əlbəttə ki, bütün bu görülən işlər rayon sakinlərinin də ürəyincədir. Vətəndaşların bu məmnunluğu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə mütəmadi olaraq keçirdiyi görüşlərin gedişində də özünü açıq-aşkar büruzə verir. O cümlədən, Yasamal rayonunda sakinlər üçün mart ayı üzrə növbəti səyyar qəbul bu ayın 14-də keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutub.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə, MKTB və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş edib. İlk növbədə Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra sakinlər küçələrin işıqlandırılması, iş, mənzillərin su ilə təchizatı, yolların asfalt örtüyünün yenilənməsi, ev təmirinə yardım, sahibkarlıq obyektlərinin fəaliyyəti, sosial yardım və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar. İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavablandırıb. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb. Görüş zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Prezident seçkilərində yüksək fəallığa görə rayon sakinlərinə dərin minnətdarlığını ifadə edib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Yasamal rayonunda şəhid və qazi ailələrinin qayğılarının ön plana çıxarılması, şəhidlərimizin əziz xatirələrinin hər zaman yad olunması kimi məsələlər daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə rayon rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı tez-tez anım tədbirləri keçirilir. Mütəmadi olaraq keçirilən belə tədbirlərin gedişində İcra başçısı şəhidlərimizin ailə üzvləri ilə söhbət edir, onların qayğıları ilə maraqlanır, mövcud problemlərin həlli istiqamətində konkret tədbirlər görülür.
Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl Dünya naminə həmrəylik ili” elan olunub. Bu münasibətlə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, paytaxtın Yasamal rayonunda da kompleks tədbirlərə start verilib. Tədbirlərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak edirlər. Mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi, ağacəkmə aksiyalarının keçirilməsi də nəzərdə tutulur. Növbəti belə bir aksiya Yasamal rayonunda mart ayının 1-də keçirilib. Ağacəkmə aksiyası Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və Hyatt Regency Baku mehmanxanasının birgə təşkilatçılığı ilə baş tutub. Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Bələdiyyəsinin məsul əməkdaşları, Hyyat Regency nümayəndələri, gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində eldar şamı və digər növ ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Yasamal rayonunda yaşıl zonaların genişləndirilməsi və bu ərazilərə xidmətin göstərilməsi üzrə aksiyalar davam edir. Aksiyaların təşkil edilməsində əsas məqsəd Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.
Qeyd etmək lazımdır ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rayonda vətəndaş məmnunluğunun təmin edilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması istiqamətində göstərdiyi səmərəli fəaliyyəti dövlətimiz və ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Elşad Həsənov bu günlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Əlbəttə ki, Ulu Öndərimizin adı ilə bağlı olan bu mükafat onunla təltif olunan insanın fəaliyyətinə verilən ən yüksək dəyərin göstəricisidir.
Öz növbəmizdə, aia.az saytının redaksiya heyəti olaraq, biz də Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovu bu ali mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik, hörmətli Elşad müəllimə bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar diləyirik!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025