Mobil versiya
Ermənistan XİN-dən sərhədlərin demarkasiyası ilə bağlı AÇIQLAMA
Tarix: 14-03-2024 | Saat: 15:30
Bölmə:Dünya | çapa göndər

Ermənistan XİN-dən sərhədlərin demarkasiyası ilə bağlı

Nikol Paşinyan Ermənistan və Gürcüstan arasında dövlətlərarası sərhədin demarkasiyası prosesini başa çatdırmaq üçün əməli addımların atılması ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

aia.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatına görə, razılıq baş nazirin yanvar ayında Gürcüstan Respublikasına səfəri zamanı əldə olunub.

Artıq bu barədə müvafiq idarələrə göstəriş verildiyi deyilir: "Ermənistan və Gürcüstan arasında dövlət sərhədinin demarkasiyası prosesi 1995-ci ildə Ermənistan və Gürcüstanın hökumətlərarası nümayəndə heyətləri dövlət sərhədinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların yaradılması barədə razılığa gəldikdən sonra başlayıb.

Ermənistan və Gürcüstanın yüksək rütbəli nümayəndələrinin son təmasları zamanı formalaşmış ümumi təsəvvürdən başqa, Ermənistan və Gürcüstan arasında dövlətlərarası sərhədin demarkasiyası işlərini aktivləşdirmək lazımdır.

Gürcüstan tərəfi ilə birgə işin bərpası üçün son tarixlər müzakirə olunur və komissiyaların işi barədə məlumat vaxtında təqdim olunacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024