Ankarada Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu
Tarix: 14-03-2024 | Saat: 09:24
Bölmə:Dünya | çapa göndər
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçaparla görüşüb.
aia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir müavinləri Ukraynadakı münaqişənin diplomatik həlli və Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıblar.
"Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli perspektivləri müzakirə edilib. Rusiya tərəfi bu kontekstdə ABŞ başda olmaqla Qərbə gərginliyi artırmağı dayandırmağın vacibliyi qeyd edilib. Ukrayna rəhbərliyinin Rusiya ilə danışıqlarda özünə qoyduğu qadağaları aradan qaldırması və yeni geosiyasi reallıqları qəbul etməli olduğu bildirilib. Onlar, həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıblar və bunun ilk növbədə regional formatlar çərçivəsində təşviq edilməsinin əhəmiyyətini qeyd ediblər”, - , deyə Rusiya XİN-in məlumatında deyilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər