Mobil versiya
“Şagirdlərin Peşə Təhsili Bələdçisi” layihəsi yekunlaşıb -Fotolar
Tarix: 13-03-2024 | Saat: 14:53
Bölmə:Gündəm / Özəl / Təhsil | çapa göndər

“Şagirdlərin Peşə Təhsili Bələdçisi” layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Şagirdlərin Peşə Təhsili Bələdçisi” layihəsinin ikinci mərhələsi yekunlaşıb.

aia.az xəbər verir, sonuncu mərhələ çərçivəsində daha öncəki mərhələdə məlumatlandırıcı seminarlarda iştirak etmiş, marağı olan şagirdlər Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində öyrənmə səfərində iştirak ediblər. Səfərdə şagirdlərə PTM-dəki şərait, imkanlar, maddi baza, ixtisaslar üzrə praktiki təcrübələr haqqında geniş məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.

Öyrənmə səfərində məlumatlandırıcı seminarların təşkil olunduğu orta məktəblərin hər birindən 5 nəfər olmaqla ümumilikdə 35 şagird iştirak edib.

Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və bu prioritet sahənin icra ediləcək fəaliyyətlər vasitəsilə hədəf kütləsinə effektiv şəkildə çatdırılmasıdır.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 17-ci qrant müsabiqəsinin qalib layihələrindən biridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə