Mobil versiya
İsrailin ən böyük hava limanı VURULDU
Tarix: 12-03-2024 | Saat: 11:02
Bölmə:Dünya | çapa göndər

İsrailin ən böyük hava limanı

İranın dəstəklədiyi İraqda İslami Müqavimət şiə təşkilatı Qəzzada həyata keçirilən hücumlara cavab olaraq İsrailin ən böyük hava limanı olan Ben Qurionu vurduğunu açıqlayıb.

aia.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"Düşmən hədəflərinə hücumlarımız Qəzzadakı qardaşlarımıza dəstək olaraq sionist işğalına qarşı əməliyyatlarımızın ikinci mərhələsində davam edəcək", - mətbuatda qeyd olunub.

Digər tərəfdən, hücum iddiası ilə bağlı İsraildən heç bir açıqlama verilməyib. İranın dəstəklədiyi təşkilat Qəzzada müharibə başlayandan bəri müxtəlif hədəflərə, o cümlədən ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumlar təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024