Bakıya gələn ilk erməni ilə MÜSAHİBƏ
Tarix: 10-10-2016 | Saat: 15:03
Bölmə:Seçilənlər-4 | çapa göndər
"Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun"
Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyanın gözlənilmədən Bakıda peyda olması ötən günün ən böyük sensasiyası oldu. V.Avetyan – siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir, hazırda İsveçdə yaşayır. Bundan başqa, V.Avetyan – Xocalı soyqırımına görə açıq üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir.
V.Avetyan hazırda Bakı aeroportunun ərazisindədir və Azərbaycan hakimiyyəti gözlənilməz qonağa vizanın verilməsi haqqında hələ də qərar qəbul etməyib. Bununla belə, virtualaz.org-un xüsusi müxbiri erməni hüquq müdafiəçisinə bir neçə sual verməyə imkan tapıb.
- Siz hazırda aeroportdasınız?
- Bəli.
- Neytral zolaqda? Sizinlə necə davranırlar? Çaya və ya yeməyə qonaq edirlər?
- Bəli, neytral zolaqda. Bu gün qonaq edirdilər, amma əsasən özüm alıram.
- Siz İsveç, yoxsa Ermənistan vətəndaşısınız?
- Həm Ermənistan, həm də İsveç. Hər iki ölkə ikili vətəndaşlığa icazə verir.
- Daha əvvəl öz “feysbuk” səhifəsində yazmışdınız ki, sizi Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladılar. Onlar sizi ölkəyə buraxmaqdan imtina etdilər? Niyə? Bunu hansı motivlə izah etdilər?
- Sərhədçilər dedilər ki, mənə viza lazımdır. Kiminləsə əlaqə saxladılar, amma imtina cavabı aldılar. Xüsusi xidmət orqanları gündüz burada idilər. Onlarla söhbətdən sonra fikirləşdim ki, məni şəhərə buraxacaqlar, amma hələ də aeroportun ərazisindəyəm.
- Siz Bakıda nə qədər qalmağı planlaşdırırsınız?
- 11 oktyabrda səhər tezdən Frankfurta uçuram. Sabah da burada olacağam.
- Siz Bakıda mətbuat konfransı keçirməyi və ya bəyanatla çıxış etməyi planlaşdırırsınızmı?
- Xeyr,hazırlaşmıram. Bu dəfə yox. Heç hazırlaşmırdım da.
- Bu sadəcə sülh aksiyasıdır?
- Mən Bakıya gələndə Mehriban Qasımova ilə televiziya verilişində iştirak etməyə söz vermişdim. Amma məncə, o, məzuniyyətdədir və mən qəflətən gəldim. Bu səfərdə ictimai çıxışlar planlaşdırmırdım. Bu hətta aksiya da deyil. Buna ürəyin, ruhun səfəri demək olar. Xocalı qurbanlarının abidəsinə gül qoymaq istəyirdim.
- Başa düşürsünüzmü ki, sizi Yerevanda, Vahan Martirosyan kimi, satqın elan edəcəklər?
- Əgər erməni alçaqları və satqın KİV-ləri məni həyəcanlandırsaydılar, bu gün harada olardım?
- Belə çıxır ki, bizim xalqlarımızın sülh və əmin-amanlıqda yaşaya biləcəyinə siz də əminsiniz?
- Heç yerə gedən deyillər. Və heç yerdə elə iki qonşu xalq yoxdur ki, vuruşmasınlar. Məsələn, vaxtilə bütün Avropa xalqları müharibə vəziyyətində idilər. Və bizim xalqlarımız da gec-tez sülhə gələcəklər. Bütün azərbaycanlılara salam! Hətta əgər məni şəhərə buraxmasalar belə, mən onsuz da buradayam. Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun. Gələn dəfə özüm qoyacağam. Mən sizi sevirəm. Hamınızın evlərinizə sülh!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024