Mobil versiya
Bu ölkənin vətəndaşları 13-cü pensiya alacaqlar
Tarix: 06-03-2024 | Saat: 17:30
Bölmə:Dünya | çapa göndər

Bu ölkənin vətəndaşları 13-cü pensiya alacaqlar

Martın 3-də keçirilən referendumda isveçrəlilər pensiya yaşının 66 yaşa qaldırılmasına qarşı çıxıb. Bundan sonra İsveçrə Həmkarlar İttifaqları Assosiasiyasının (SGB) pensiyaçılara 12 aylıq pensiyadan əlavə 13-cü pensiyanın verilməsi təşəbbüsünü təsdiqləyib.

aia.az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Alp ölkəsinin sakinləri dövlətdən 2550 avro alırlar. Amma isveçrəlilərin fikrincə, bu, xüsusilə böyük şəhərlərdə normal həyat üçün kifayət deyil. Hakimiyyət artıq pensiya ödənişlərinin artırılmasının büdcəyə baha başa gələcəyi barədə xəbərdarlıq edib.

Referendum zamanı seçicilər də pensiya yaşının 66 yaşa qaldırılmasının əleyhinə çıxıblar. Səsvermənin nəticələrinə görə, SGB-nin 13-cü pensiya ilə bağlı təşəbbüsü vətəndaşların 58,2 faizi tərəfindən dəstəklənib. Referendumun nəticəsi pensiyaçıların tarixi qələbəsi adlandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024