Mobil versiya
ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi hazırlanıb
Tarix: 06-03-2024 | Saat: 11:22
Bölmə:Dünya | çapa göndər

ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi hazırlanıb

ABŞ Konqresinin Nümayəndələr Palatasında "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlanıb.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd “Amerikalıları Xarici Düşmənlərin Nəzarətli Tətbiqlərindən Müdafiə Aktı” adlanır.

Layihəni Viskonsin ştatından respublikaçı Mike Gallagher və İllinoys ştatından olan Demokrat Raca Krişnamurti təqdim edib. Bildirilir ki, "TikTok" sənəddə qeyd edildiyi kimi, ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır.

Qanun layihəsi qəbul olunarsa, o zaman bu sosial şəbəkənin sahibi olan ByteDance-in "TikTok"u satmaq üçün təxminən beş ay vaxtı olacaq. Tətbiqin App Store və ya digər platformalar vasitəsilə ABŞ-də yayılması da qadağan olunacaq.

"Bu qanun 170 milyon amerikalının Birinci Düzəliş hüquqlarını pozacaq və beş milyon kiçik biznesi platformasından məhrum edəcək", - məlumatda deyilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024