Azərbaycan sülh prosesinə sadiqdir
Tarix: 05-03-2024 | Saat: 17:09
Bölmə:Özəl | çapa göndər
Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm əhəmiyyət daşıyıb. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və fevralın 28-də Prezident İlham Əliyevlə görüşü də bunun bariz nümunəsi idi. Azərbaycan bu gün yüksək beynəlxalq nüfuza malik olub, Cənubi Qafqazın lider dövləti kimi tanınır. Müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən ölkəmizə qarşı Qərb siyasi dairələri həmişə ikili standartlardan çıxış ediblər. Uzun müddət Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışan dövlətimiz hər dəfə beynəlxalq təşkilatların etinasızlığı ilə üzləşmişdir. Ermənipərəst qüvvələr münaqişənin davamlı xarakter almasına və Ermənistanın əsassız ərazi iddialarının təmin edilməsinə nail olmağa çalışırdılar. Xarici havadarları tərəfindən himayə olunan terrorçu Ermənistan hökuməti hər dəfə müxtəlif bəhanələrlə danışıqlardan imtina edir və torpaqlarımızı uzun müddət işğalda saxlamağa çalışırdı. Azərbaycan xalqı və dövləti heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. Ermənistan hökumətinin Azərbaycana qarşı əsassız ərazi iddiaları, təxribatçı hərəkətləri onun sonunu günbəgün yaxınlaşdırırdı.
Bütün dövlətlərin, birliklərin qarşısında alnımız açıq, üzümüz ağdır. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir.Görüşdə Prezident İlham Əliyev böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi, bu sahənin ikitərəfli münasibətlərimizdə mühüm rol oynadığını vurğuladı və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Görüşdə xüsusi bildirildi ki, Azərbaycan sülh prosesinə həmişə sadiqdir. Beynəlxalq hüququn bütün normalarının Azərbaycanın tərəfində olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı son vaxtlar bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bunun təəssüf hissi doğurduğu qeyd olundu. Belə bir münasibət bu gün bir sıra beynəlxalq institutlar tərəfindən, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilsə də, heç bir reallığı əks etdirmir və verilən qeyri-adekvat bəyanatlar beynəlxalq hüququn normalarına ziddir. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkəmiz sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Sülh yolu ilə həllin beş əsas prinsipi işlənib hazırlandı, sülh müqaviləsinin mətninin layihəsi təqdim olundu. Bütün bunlar reallığı əks etdirən faktlardır.
Bu gün Qərbin Azərbaycana münasibətdə sərgilədiyi davranışlar vaxtilə guya münaqişənin həllinə təşəbbüs göstərən dövlətlərin, əslində, ölkəmizə qarşı nə qədər qeyri-obyektiv mövqe tutduqlarını, illərlə onlara göstərilmiş ümidlərin hədər getdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbdən başqa yolunun qalmadığını bir daha sübuta yetirir. Vaxtilə ATƏT-in Minsk qrupunda təmsil olunmuş Fransa, ABŞ və Rusiya Azərbaycanı öz yolundan döndərmək üçün illərlə müxtəlif alətlərdən istifadə etmişdilər. Sadə bir səbəbə görə ki, onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər. Rusiya artıq reallığı qəbul etsə də, ABŞ və Fransa hələ də inad edir. Halbuki bu ölkələr Cənubi Qafqazın aparıcı ölkəsi, ən böyük iqtisadiyyatına, ordusuna malik, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləmək yolunu tutmalıdırlar.Almaniyanın son dövrlər göstərdiyi mövqe buna bir nümunədir. Bu gün Almaniya Fransadan fərqli olaraq neytrallıq nümayiş etdirir, alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Çünki Almaniya anlayır ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025