Mobil versiya
Türkmənistan bu il TDT-nin tamhüquqlu üzvü ola bilər
Tarix: 04-03-2024 | Saat: 17:46
Bölmə:Dünya | çapa göndər

Türkmənistan bu il TDT-nin tamhüquqlu üzvü ola bilər

Türkmənistan bu il Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü ola bilər.

aia.az xəbər verir ki, bu barədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində bildirib.

Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, bu qərar ola bilsin ki, Aşqabadda Maxtumkuli Fraqinin 300 illik yubileyinə həsr olunmuş dövlət başçılarının Zirvə görüşündə açıqlansın.

Həmçinin bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak etmək arzusunu ifadə edib.

Xatırladaq ki, Türkmənistan hazırda TDT-də müşahidəçi statusuna malikdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024