Azərbaycan yaşıl enerjiyə keçid edir
Tarix: 04-03-2024 | Saat: 12:41
Bölmə:Siyasət / Özəl | çapa göndər
Son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Əlbəttə ki, Avropa ölkələri enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda Azərbaycanın önəmini yüksək dəyərləndirirlər. Bu baxımdan Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi də fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Artıq üç ildən artıqdır ki, Azərbaycan bu tamamilə yeni və müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artmışdır. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində də bu məqamlar öz əksini tapmışdır. Dövlət başçımız qeyd etmişdir ki, bu layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də Azərbaycan öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladı. Bu gün isə, uzunluğu 3500 kilometr olan kəmər artıq bir reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir və enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.
Həmçinin cənab Prezident COP29-la bağlı son dərəcə dəyərli fikirlər səsləndirdi. Məlum olduğu kimi, keçən ilin dekabr ayında dünya birliyi tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinə dair qərar qəbul olunub. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı qəbul etməklə bütün dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişlər. COP29 ölkəmizin ümumi yaşıl enerji gündəliyinin bir hissəsini təşkil edir. Hazırda Azərbaycan bərpa olunan enerji növlərinin istehsalı sahəsində dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 157 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Dövlət başçımız öz müsahibəsində də qeyd etdi ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Nəzərdə tutulur ki, növbəti 10 il ərzində ölkəmizdə bərpaolunan enerjidən maksimum dərəcədə istifadəyə və daxili bazarda təbii qaz istehlakını azaltmağa nail olunacaq.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-12-2024
13-12-2024