Türkiyə Azərbaycan üçün yeni peyklər istehsal etməyə hazırdır  
Tarix: 06-10-2016 | Saat: 18:33
Bölmə:Şou-biznes | çapa göndər
 
Türkiyə hazırda orbitdə olan “Azersky” və “Azerspace-1” kosmik aparatlarının istismar müddəti bitincə, Azərbaycan üçün aşağı orbitli və geostasionar peyklər istehsal etməyə hazırdır.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.
Onun sözlərinə görə, Tükiyənin Aviasiya-Kosmik Sənayesi Dövlət Şirkətinin (TAI) tərkibində fəaliyyət göstərən Kosmik Sistemlərin Sınağı və İnteqrasiyası Mərkəzində (USET) müxtəlif tip peyklərin sınaq və yığımını həyata keçirmək mümkündür.
Nazir qeyd edib ki, bu mərkəzdə ilk milli peykin istehsalı üzrə işlər aparılır:
“Bununla əlaqədar USET mütəxəssisləri Azərbaycan üçün Yerin zondlaşdırılması üçün rabitə peykləri və kosmik aparatların yığılmasını təmin edə bilərlər”.
O əlavə edib ki, Türkiyə perspektivdə özünün “Göktürk-2” aşağıorbitli peykinin resurslarını Azərbaycanın istifadəsinə verməyə hazırdır:
“Bununla yanaşı, Azərbaycan ərazisində Türkiyənin peyk geolokasiya sisteminin genişləndirilməsi və resurs mübadiləsi də mümkündür”.
Nazir “CanSat” mini peyklərinin layihələndirilməsi üzrə iki ölkə universitetləri arasında əməkdaşlığı təklif edir.
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
09:13 Türkiyədə zəlzələ olub   
 30-10-2025
	
17:17 Suriya Kosovonu tanıdı   