Volkswagen ABŞ tariflərinin bu il şirkətə əlavə 5 milyard avro yük gətirəcəyini gözləyir  
Tarix: 30-10-2025 | Saat: 22:01
Bölmə:Özəl | çapa göndər
 
Almaniyanın avtomobil şirkəti Volkswagen bildirib ki, ABŞ tariflərinin şirkətə tətbiq edəcəyi əlavə yük bu il 5 milyard avroya çatacaq. Şirkət üçüncü rüb və yanvar-sentyabr dövrü üçün maliyyə nəticələrini açıqladı.
Müvafiq olaraq, Volkswagen üçüncü rübdə 1,3 milyard avro zərərə məruz qalıb. Şirkətin ötən ilin eyni dövründəki mənfəəti 2,83 milyard avro olub.
Volkswagen-in yanvar-sentyabr dövründəki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz azalaraq 5,4 milyard avroya düşüb.
Volkswagen, Porsche-nin elektrik avtomobilləri strategiyasındakı dəyişikliyi səbəbindən ilin ilk doqquz ayında 4,7 milyard avro zərər qeydə alıb.
ABŞ tariflərindən əhəmiyyətli dərəcədə təsirlənən Volkswagen, tariflərin bu il ərzində şirkətə əlavə 5 milyard avro yük gətirəcəyini bildirib.
Volkswagen şirkətinin baş maliyyə direktoru Arno Antliz maliyyə nəticələrini şərh edərkən şirkətin ilin ilk doqquz ayında qarışıq mənzərə ilə qarşılaşdığını bildirdi.
Antliz maliyyə nəticələrinin ötən ilə nisbətən xeyli zəif olduğunu qeyd edərək dedi: "Bu, qismən daha aşağı mənfəət marjasına malik elektrikli nəqliyyat vasitələrinin istehsalının artması ilə əlaqədardır. Həmçinin, əsasən artan tariflər və Porsche-nin məhsul strategiyasına düzəlişlərlə bağlı xərcləri qeydə aldıq".
Antliz qeyd etdi ki, bu xərclər istisna olmaqla, qrupun əməliyyat mənfəət marjası 5,4 faiz təşkil edib və əlavə etdi:
"Mövcud iqtisadi mühitdə bu, ilk baxışdan hörmətəlayiq bir rəqəmdir, lakin artan ticarət tarifləri illik olaraq 5 milyard avroya qədər əlavə yük yaradır. Bu təsirlərin davam edəcəyi gözlənilir. Buna görə də, mövcud performans proqramlarımızı qətiyyətlə həyata keçirməli, səmərəlilik tədbirlərini inkişaf etdirməli və yeni yanaşmalar hazırlamalıyıq. Diqqətimiz, digər şeylərlə yanaşı, miqyas üstünlüklərimizi hədəf almağa və qrup daxilində sinerjidən daha effektiv şəkildə istifadə etməyə yönələcək".
aia.az
Tərcümə şöbəsi
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
09:13 Türkiyədə zəlzələ olub   