Novruzəli Aslanov: “8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində xalq, dövlət və ordu birliyinin parlaq təntənəsidir”
Tarix: 30-10-2025 | Saat: 11:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan torpaqlarının 20 %-nin erməni işğalı altında qaldığı 30 il ərzində bu münaqişəni dinc yolla həll etmək səlahiyyətinə malik olan beynəlxalq təşkilatlar və ilk növbədə ATƏT-in Minsk Qrupu daim hərbi yolu istisna etməyə çalışırdılar. Əslində Azərbaycan da hər zaman müharibənin əleyhinə olub. Amma bu şərtlə ki, torpaqlarımızı dinc yolla geri qaytaraydılar. Lakin bu baş vermədi. Səlahiyyətli təşkilatlar nəinki işğala son qoymaq üçün heç nə etmədilər, əksinə onların münaqişəni həmişəlik dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq üçün əl atmadıqları üsul qalmadı. Beləliklə, ölkəmizə və xalqımıza qarşı tətbiq olunan ikili standartlar, beynəlxalq riyakarlıq Azərbaycana öz problemlərini özünün həll etməli olacağını aşkar şəkildə göstərdi.”
Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a verdiyi açıqlamasında ifadə edib.
Millət vəkili öz açıqlamasında Ölkə Prezidenti cənab İlham Əliyevin bu münaqişənin sonda məhz hərbi yolla öz həllini tapacağını hələ əsrin əvvələrindən çox yaxşı bildiyini xüsusi vurğulayıb: “2003-2020-ci illər ərzində Azərbaycanın öz ərazilərini məhz müharibə yolu ilə azad etməyə hazır olması üçün dövlətimizin başçısı tərəfindən bütün zəruri tədbirlərin görülməsi, məqsədyönlü addımların atılması heç də təsadüfi deyildi. Bu illər ərzində Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevrildi. Məhz bu göstəricilər sonda Vətən müharibəsinin müqəddəratını həll edən əsas amillər kimi çıxış etdilər. Cənab Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi zəruri tədbirlər sayəsində ölkəmiz təkcə iqtisadi-hərbi cəhətdən deyil, həm də siyasi-diplomatik müstəvidə böyük üstünlüklər əldə etmiş oldu. Dövlət başçımızın həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan bütün parametrlər üzrə Ermənistanı qat-qat üstələyirdi. Məhz bütün bunlara görə 2020-ci il sentyabr ayının 27-də başlanmış Vətən müharibəsinin nə ilə nəticələnəcəyi artıq ilk gündən məlum idi. Azərbaycan Ordusu 44 gün davam edən döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilin 8 noyabrında Şuşanın azad olunmasından cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”
Fikirlərini davam etdirən deputat sonda bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində xalq, dövlət və ordunun birliyinin parlaq təntənəsidir: “44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, xalqın dəstəyi, ordunun rəşadəti və cənab Prezident İlham Əliyevin möhtəşəm liderliyi bir araya gəldikdə, heç bir qüvvə Azərbaycanın qarşısında dayana bilməz. Bu Qələbə təkcə hərbi gücün deyil, həm də milli həmrəyliyin, vətəndaş məsuliyyətinin və mənəvi birliyin qələbəsi idi. Vətən müharibəsi illərlə formalaşmış milli ruhun zirvəyə çatdığı məqam oldu. Cənab Prezident İlham Əliyevin illər ərzində apardığı məqsədyönlü siyasət nəticəsində xalq öz dövlətinə tam etimad göstərirdi. Müharibənin ilk günündən hər kəs – ön cəbhədə döyüşən əsgərdən tutmuş arxa cəbhədə çalışan vətəndaşa qədər – bu müqəddəs amal uğrunda səfərbər oldu. Əsgərlərin şücaəti, zabitlərin peşəkarlığı və Ali Baş Komandanımızın sarsılmaz iradəsi bir-birini tamamlayaraq Zəfər tarixini yazdı” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər