Mobil versiya
Bakıda 15 yaşlı qız itkin düşdü
Tarix: 06-09-2015 | Saat: 16:39
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


“Axtarışın aparılmasını hiss etmirik”.

Bakıda 15 yaşlı qız beş gündür itkin düşüb.

Aia.az xəbər verir ki, bu barədə məlumatı azadinform-a itkin düşən Muxtarova Kəmalənin atası Elçin Muxtarov verib.

Elçin Muxtarov bildirib ki, sentyabrın 2-də, saat 13:15 iradələrində evdən çıxan qızı Kamalə Muxtarova bir daha geri qayıtmayıb:

“Qızımı sonuncu dəfə yaşadığımız binanın həyətində görüblər və o qonşu qızlara telefon nömrəsini dəyişəcəyini, sonra isə bacısıgilə gedəcəyini söyləyib, amma bacısıgilə gedib çıxmayıb. Günün sonunda isə onun telefonuna zəng çatmayıb”.

K.Muxtarovanın atası Bakı şəhər Baş Polis İdarəsinə və 23-cü Polis Bölməsinə müraciət etdiklərini söyləyir: “Aradan beş gün keçsə də qızımdan xəbər yoxdur. Polis bizə heç bir informasiya vermir və harada axtardıqlarını da demirlər. Daha doğrusu axtarışın aparılmasını hiss etmirik”.

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən olan Muxtarovlar ailəsi hazırda Keşlə Dəmiryol Yataqxanasında məskunlaşıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024