Xocalı silinməyəcək qan yaddaşımızdır
Tarix: 28-02-2024 | Saat: 16:51
Bölmə:Siyasət / Özəl | çapa göndər
Bu il Azərbaycan xalqının tarixində ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi artıq işğaldan azad olunmuş Xocalı şəhərində anıldı. Fevralın 26-da Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Həmin gün rayon ictimaiyyəti ilə keçirdiyi görüşündə möhtərəm dövlət başçımız son dərəcə maraqlı bir məqama toxunaraq vurğuladı ki, əslində bu kompleksin layihəsi çoxdan hazır idi və onun inşası üçün Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Lakin cənab Prezident İlham Əliyev layihənin icrasını hər dəfə təxirə salırdı. Əlbəttə ki, bu da səbəbsiz deyildi. Çünki dövlətimizin başçısı bilirdi ki, zaman gələcək və xalqımız qalib kimi bu torpaqlara mütləq yenidən qayıdacaq. Möhtərəm dövlət başçımız da 2003-2020-ci illər ərzində özünün bütün çoxşaxəli fəaliyyətini məhz bu vəzifənin icra olunmasına yönəltmişdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan Vətən müharibəsi də 17 il ərzində həyata keçirilən hazırlıq işlərinin möhtəşəm nəticəsi oldu.
Əlbəttə ki, əksər böyük dövlətlərin, beynəlxalq təşkilatların Xocalı faciəsinə biganə qalmaları dünya miqyasında misilsiz riyakarlıq nümunəsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı təəssüflər olsun ki, cavabsız qaldı. Bu gün dövlətimizin gərgin səylərinin nəticəsi olaraq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanısa da, bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Həmçinin əksər beynəlxalq təşkilatlar da bu faciəyə biganə qalmışlar. Halbuki, Azərbaycan dövləti də, ictimai təşkilatllar da, xaricdə yaşayan soydaşlarımız da Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişlər. Əlbəttə ki, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Lakin o illərdə də, bu gün də ermənilərin xarici ölkələrdə olan riyakar himayədarları bu qanlı faciəni törətmiş cinayətkarların cəzasız qalmaları üçün əllərindən gələni edirlər. Buna görə də Azərbaycan sonda ədaləti özü bərpa etməli oldu. İkinci Qarabağ müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, işğal altında qalan digər ərazilər isə keçən ilin sentyabr ayında düşməndən tamamilə təmizləndi.
Möhtərəm dövlət başçımız öz çıxışında birmənalı olaraq bildirdi ki, Xocalısız, Xankəndisiz Azərbaycanın qələbəsi heç zaman tam sayıla bilməzdi. Çünki Xocalı faciəsi Azərbaycan xalqının qəlbində o qədər böyük yaralar salıb ki, bu şəhər azad olunmadan biz sakitləşə bilməzdik. Nəhayət 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bundan az müddət sonra isə, bütün dünya Xankəndidə keçirilmiş möhtəşəm hərbi paradı izlədi. Bütün bunlar erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair ermənilərə və onların himayədarlarına göndərilən açıq-aydın bir mesaj oldu. Bu gün isə, artıq Xocalıda da işğaldan azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. Azərbaycan xalqı öz torpaqlarına əbədi qayıdıb və bu reallığı artıq heç bir qüvvənin iradəsi dəyişə bilməz.
Gülər Sultanzadə,
YAP Yasamal təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024