Mobil versiya
"Su qıtlığı ilə bağlı qurumları qınamaq olmaz" - Deputat
Tarix: 28-02-2024 | Saat: 11:54
Bölmə:Seçki 2024 | çapa göndər

"Su qıtlığı ilə bağlı qurumları qınamaq olmaz" -

"Azərbaycanda suyun 80 %-dən yuxarı hissəsi trans çaylar hesabına, yəni ölkədən kənarda formalaşır. Nəzərə alaq ki, bu gün bizim suya olan ehtiyacımızdan qat-qat artıq su formalaşıb".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat İltizam Yusifov deyib. O bildirib ki, su qıtlığı ilə bağlı birbaşa dövləti, müvafiq qurumları qınamaq düzgün olmaz: "Yəni, əhali tərəfindən suyun səmərəli istifadəsini də nəzarətə götürmək lazımdır”.

O, qeyd edib ki, Azərbaycan dünyada içməli suyun keyfiyyətinə görə 100 ballıq şkala üzrə 50 baldan aşağı göstəricidə qərarlaşıb: "Biz keçən il yeni içməli su standartı qəbul etmişik. Buna qədər də standartımız var idi. Amma yekunda biz yenə də, xüsusən Bakıda içməli suyu istifadə edə bilmirik. Su yekunda gəlir, bir çənə tökülür və evlərdə kranlardan həmin o qumlu sular gəlir. Nəticədə biz emal etdiyimiz, xərc çəkdiyimiz təmiz suyu insanlara çatdıra bilmirik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə