Mobil versiya
Cari ilin ilk görüşü -Fotolar
Tarix: 28-02-2024 | Saat: 10:54
Bölmə:Seçki 2024 | çapa göndər

Cari ilin ilk görüşü

SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuranın sədri və üzvlərinin cari ildə ilk görüşü Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları ilə baş tutub. BRQSD-nın inzibati binasında keçirilən görüşdə Birliyin məsul şəxsləri tərəfindən Departamentin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. İctimai nəzarəti həyata keçirən Şura üzvləri vətəndaşların qaz təchizatında üzləşdiyi problemlərdən söz açaraq müəyyən mövzularda suallara cavab axtarıblar. Daha sonra İctimai Şuranın sədri və üzvləri abonent məmnunluğunun qazanılması istiqamətində bəzi təkliflər irəli sürüblər. Müzakirələrin ardınca Bakı Regional Qazın Satışı Departamentinin şöbələrinin iş prinsipi ilə yaxından tanış olmaq məqsədilə bəzilərinə baş çəkilib. Sonda BRQSD-nın bütün əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulanıb və xatirə şəkli çəkilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə