Mobil versiya
Azərbaycanda yeni CƏRİMƏ
Tarix: 06-10-2016 | Saat: 13:44
Bölmə:Şou-biznes | çapa göndər



Azərbaycanda Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarını pozan vəzifəli şəxslər cərimələnəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavələrdə öz əksini tapıb.

Yeni layihədə qeyd edilib ki, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərməyənlər və təqdim etməyən vəzifəli şəxslər cərimələnəcəklər. Cərimənin məbləği 500 manatdan 1000 manatadək olacaq.

Vəzifəli şəxslər bu xətanı bir il ərzində təkrar törətdikdə onlar 2000 manat məbləğində cərimələnəcəklər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024