Mobil versiya
Fizika İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib -Fotolar
Tarix: 26-02-2024 | Saat: 20:10
Bölmə:Özəl / Təhsil | çapa göndər

Fizika İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib. İlk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. O, bu ilki 26 fevralın ötən illərə nisbətən fərqli olduğunu bildirib. Akademik Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Xocalı soyqırımına siyasi qiymət verildiyini, hadisələrin arxasında kimlərin durduğunu araşdırmağın mümkün olduğunu bildirib. İşğal altında olan torpaqlar azad olunduqdan sonra kütləvi məzarlıqların aşkar olunduğunu qeyd edən A.Həşimov gələcəkdə bu məzarlıqlar öyrənildikdə hadisələrə daha doğru qiymət veriləcəyini bildirib. O, ermənilərin Azərbaycan xalqına qarşı saysız-hesabsız vəhşiliklər törətdiyindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuzun düşmən üzərində qələbəsindən ‘trafl; danışıb.

Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova çıxışında Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, işğal altından azad olan torpaqlarda aparılan bərpa işlərindən, Xankəndində təşkil olunan paraddan və s. bəhs edib.
Anım tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Vəfa Mahmudova, Fizika İnstitutunun böyük elmi işçisi Şəfəq Əhədzadə, aparıcı elmi işçi Lalə Əliyeva, doktorant Səidə Zalova və YAP-ın fəal üzvi, "Heydər Əliyev məktəbinin davamçıları " Feysbuk qrupunun təsisçisi və rəhbəri, elmi işçi Bayram Xudayarov çıxış ediblər.

Bayram Xudayarov Xocalı soyqırımına ilk dəfə siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyindən, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Xocalı şəhidlərinin qisasını aldığından, Xocalı soyqırımının dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət " beynəlxalq kampaniyasından danışıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib. İlk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. O, bu ilki 26 fevralın ötən illərə nisbətən fərqli olduğunu bildirib. Akademik Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Xocalı soyqırımına siyasi qiymət verildiyini, hadisələrin arxasında kimlərin durduğunu araşdırmağın mümkün olduğunu bildirib. İşğal altında olan torpaqlar azad olunduqdan sonra kütləvi məzarlıqların aşkar olunduğunu qeyd edən A.Həşimov gələcəkdə bu məzarlıqlar öyrənildikdə hadisələrə daha doğru qiymət veriləcəyini bildirib. O, ermənilərin Azərbaycan xalqına qarşı saysız-hesabsız vəhşiliklər törətdiyindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuzun düşmən üzərində qələbəsindən ‘trafl; danışıb.

Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova çıxışında Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, işğal altından azad olan torpaqlarda aparılan bərpa işlərindən, Xankəndində təşkil olunan paraddan və s. bəhs edib.
Anım tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Vəfa Mahmudova, Fizika İnstitutunun böyük elmi işçisi Şəfəq Əhədzadə, aparıcı elmi işçi Lalə Əliyeva, doktorant Səidə Zalova və YAP-ın fəal üzvi, "Heydər Əliyev məktəbinin davamçıları " Feysbuk qrupunun təsisçisi və rəhbəri, elmi işçi Bayram Xudayarov çıxış ediblər.
Bayram Xudayarov Xocalı soyqırımına ilk dəfə siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyindən, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Xocalı şəhidlərinin qisasını aldığından, Xocalı soyqırımının dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət " beynəlxalq kampaniyasından danışıb.
Bayram Xudayarov əlavə edərək dedi : Xankəndində Azərbaycan Dövlət bayrağının dalğalanması ilə bütün şəhidlərimizin qisası alındı.
Xocalı şəhərinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənməsi soyqırımı qurbanlarının xatirəsinə əbədi hörmət rəmzi idi. İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinə şəxsən nəzarət edən Prezident İlham Əliyevin ötən ilin oktyabrında Xocalı şəhərində Dövlət Bayrağımızı dalğalandırması, rayonun Çapanaqçı və Sığnaq kəndlərində olması ermənilərə və onların havadarlarına göz dağı, lider qətiyyətinin ifadəsi idi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024