Mobil versiya
"Nə qədər iş görülsə də, bu cür hallar baş verir" - Bahar Muradova təhqir edilən məktəblidən DANIŞDI
Tarix: 26-02-2024 | Saat: 11:01
Bölmə:Manşet / Ölkə | çapa göndər

"Nə qədər iş görülsə də, bu cür hallar baş verir" -

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 156 saylı orta məktəblə bağlı bullinq hadisəsinə və yayılan videoya münasibət bildirib.

aia.az xəbər verir ki, Dövlət Komitəsinin sədri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, maarifləndirmə işlərinin davamlı aparıldığını söyləyib: “Təkcə Dövlət Komitəsi yox, digər aidiyyəti orqanlarla da əlaqələndirilmiş fəaliyyət var. Lakin bu hallardan heç kim sığortalanmayıb. Nə qədər iş görülsə də, bu cür hallar baş verir. Hansısa mənfi hadisənin olması o demək deyil ki, iş görülməyib".

"Nə qədər insanlıq, cəmiyyət var, cinayət də törədilir. Əslində, insanlıq əleyhinə cinayətin ən böyüyü onun qətlə yetirilməsi, yaşamaqdan məhrum edilməsi, daha geniş mənada soyqırımı cinayətləridir. Amma yenə də bu baş verir. Görülən işlərlə belə hadisələrin sayını azaltmaq, müəyyən qədər qarşısını almaq, insanları daha çox maarifləndirmək, məsuliyyətə çağırmaq mümkündür. İnsanların məsuliyyətini necə dərk etməsi də bir başqa məsələdir”, - B.Muradova vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024