"Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır" - Vahid Əhmədov
Tarix: 23-02-2024 | Saat: 11:46
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər
"Münxen konfransında Azərbaycan və Ermənistan arasındakı danışıqlardan kənarda qalan Fransa tarix boyu olduğu kimi, yenə də öz məkirli siyasətinə davam edərək qərəzli mövqe tutmağa və regionu qarışdırmaq cəhdlərinə davam etdi".
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, təsadüfi deyil ki, Münxen konfransının bitməsindən qısa müddət sonra Paşinyan Fransaya səfər edib:
"Emmanuel Makron Nikol Paşinyanı qəbul edən zaman Azərbaycan əleyhinə bir sıra bəyanatlar verdi. Sərsəm açıqlamalarıyla gündəmə gələn Makron yenidən Fransanın Ermənistana dəstəyini ifadə edərək, qoşunların sərhəddən qarşılıqlı çəkilməsinə və Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şəraitin təmin edilməsi üçün addım atmalı olduğunu bildirdi. Bunun üçün ilk növbədə Ermənistan 1980-ci illərin sonlarında öz ata-baba torpaqlarından qovulmuş minlərlə azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir. Ermənistan isə bu məsələni Azərbaycanla müzakirə etmək istəməyərək ikili standart nümayiş etdirir. Ermənistanın qoşunların sərhəddən qarşılıqlı çəkilməsi ilə əlaqədar bəyanatı isə Rusiyanın maraqları ilə oxşarlıq təşkil edir. Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır. Ancaq heç bir dövlət unutmamalıdır ki, Azərbaycanın Türkiyə kimi güclü və qüdrətli müttəfiqi var.
Dövlət başçısı İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. Tərəflər bir çox sahədə əməkdaşlığa davam edəcəyini və bir-birlərini dəstəkləyəcəklərini bir daha bəyan etdilər. Dövlət başçıları hərbi əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsi bir daha “bir millət və bir ordu” olduğumuzu dünyaya bəyan edərək bölgədə bölücülük etmək istəyən qüvvələrə ciddi mesaj oldu".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024