Mobil versiya
YAP Şirvan şəhər təşkilatı ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib -Fotolar
Tarix: 15-02-2024 | Saat: 19:37
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Şirvan şəhər təşkilatı ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

15.02.2024-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının inzibati binasında YAP Şirvan şəhər təşkilatı ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilmişdir.

aia.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 07 fevral 2024-cü il tarixində növbədənkənar keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin uğurlu nəticə əldə edərək yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib, bu möhtəşəm tarixi seçkilərdə göstərdikləri fəallığa görə ərazi partiya təşkilatlarının sədrlərinə təşəkkürünü bildirdi.
Sonra YAP Şirvan şəhər təşkilatının fəaliyyətindən bəhs edərək, ətraflı məlumat vermək üçün sözü YAP Şirvan şəhər təşkilatının əməkdaşlarına verdi.
YAP Şirvan şəhər təşkilatının məsləhətçiləri Amil İsrayılov, Valeh Xudaverdiyev, Ramil Babayev və mühasib Natiq Kərimli çıxış edərək, ərazi partiya təşkilatının gördüyü işlər haqqında geniş məlumat verdilər. Çıxış edənlər uçot məsələləri, sosial şəbəkələr, təşkilatı məsələlər və üzvlük haqqlarının ödənişləri ilə əlaqədar ərazi partiya təşkilatı sədrlərini məlumatlandırdılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə