Mobil versiya
YAP Səbail rayon təşkilatının “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin yeni dərsi keçirilib -Fotolar
Tarix: 15-02-2024 | Saat: 12:12
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Səbail rayon təşkilatının “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin yeni dərsi keçirilib

YAP Səbail rayon təşkilatında keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və layihə iştirakçıları iştirak edib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü misilsiz işlərdən söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri tariximizin şanlı səhifələrini təşkil edir.

Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə toxunan M.Nağıyev vurğulayıb ki, bu illər ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub. Vətəndaşlarımızın rifah halı daha da yüksəlib. Bu illər ərzində Azərbaycan genişmiqyaslı islahatlar ölkəsinə çevrilib.

Diqqətə çatdırıb ki, Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyini təmin edib. İşğaldan azad olunmuş şəhər və rayonlarımız Dövlət Başçısının rəhbərliyi ilə yenidən qurulur, dirçəldilir.

Muxtar Nağıyev çıxışında bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.

Çıxışlar bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə