Mobil versiya
Ödənişli yolda əks istiqamətdə yüksək sürətlə maşın sürən şəxs SAXLANILDI
Tarix: 12-02-2024 | Saat: 17:13
Bölmə:Seçki 2024 | çapa göndər

Ödənişli yolda əks istiqamətdə yüksək sürətlə maşın sürən şəxs

Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda VAZ-2121 markalı, 27-BU-310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan görüntülər Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) tərəfindən araşdırılıb.

BDYPİ-dən verilən xəbərə görə, müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz rayon sakini Cavad Fərhadovdur.

Etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edən Cavad Fərhadov baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib. Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə