Mobil versiya
Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edildi
Tarix: 12-02-2024 | Saat: 09:27
Bölmə:Manşet / Gündəm | çapa göndər

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edildi

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib.

aia.az xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Davam edən cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024