Köhnə avtomobillərə taksi qadağası – YENİLİK
Tarix: 05-10-2016 | Saat: 11:24
Bölmə:Seçilənlər | çapa göndər
"VAZ 2106” və "VAZ 2107” markalı köhnə maşınlar taksi xidmətindən uzaqlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı "Taksi xidmətinin təkmilləşdirməsinə dair Tədbirlər Planı” hazırlayıb.
BHA mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova fins.az-a bildirib ki, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli qanuna əsasən lisenziyalar ləğv olunub. İndi taksi sürücüsüləri "Fərqlənmə nişanı” almalıdırlar.
"Fərqlənmə nişanı” taksi fəaliyyəti ilə məşğul olanlara mane olmayacaq. Ancaq istismar müddəti tam bitmiş, istismara yararsız halda olan taksilər xətdən çıxarılacaq. Eyni zamanda sovet vaxtı istehsal olunan maşınlar taksi xidmətindən kənarlaşdırılacaq. Əsasən, "VAZ 2107”, "VAZ 2107” markalı maşınlara fərqlənmə nişanının verilməməsi gözlənilir”.
Tədbirlər Planına uyğun olaraq taksi xidməti göstərən avtomobilllərin salonu, xarici görünüşü, texniki baxımdan saz olmasına diqqət yetiriləcək. Gələcəkdə isə taksi xidməti üçün köhnə maşınlara limit qoyulacaq. Bu müddət 10 il və daha artıq ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024