Mobil versiya
Ev pişiklərinin sahiblərinin sağlamlığına faydalı təsir göstərə biləcəyi məlum oldu
Tarix: 06-02-2024 | Saat: 11:51
Bölmə:Dünya | çapa göndər

Ev pişiklərinin sahiblərinin sağlamlığına faydalı təsir göstərə biləcəyi məlum oldu

ABŞ-nin Minnesota Universitetinin alimləri müəyyən ediblər ki, pişik sahibləri daha az stressə məruz qalırlar. Onlarda infarkt və digər ürək və damar xəstəlikləri riski daha az olur.

Tədqiqatın nəticələri “Journal of Vascular and Interventional Neurology” jurnalında dərc olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, pişiklər bir çox səbəbə görə sahiblərinin sağlamlığına fayda verə bilər. Araşdırmada iştirak edən pişik sahiblərinin müşahidəsi nəticəsində məlum olub ki, pişiklərlə ünsiyyət stressi aradan qaldırmağa kömək edir. Bu, insult kimi ürək-damar xəstəliklərinin inkişaf riskinin azalması ilə birbaşa bağlıdır.

Ev heyvanı ilə oynamaq və onu sığallamaq həm də yaxşı əhval-ruhiyyəyə görə cavabdeh olan serotonin hormonunun ifrazını stimullaşdırır. Bundan əlavə, təmiz havada heyvanla gəzmək, sahiblərinin gündəlik fiziki aktivlik səviyyəsini artırır, sağlamlığına və dözümlülüyünə müsbət təsir göstərir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025