Mobil versiya
Həftənin ilk "Səyyar qəbul otağı" Qızılburun kəndində quruldu -Fotolar
Tarix: 05-02-2024 | Saat: 16:49
Bölmə:Seçki 2024 | çapa göndər

Həftənin ilk "Səyyar qəbul otağı" Qızılburun kəndində quruldu

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi layihələrdən biri olan "Açıq mikrofon" aksiyası həftənin ilk günü Hacıqabul rayonunun Qızılburun kəndində baş tutub. Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşlarla görüşərək, qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Kənd sakinləri Gülnarə Həsənovanın və Dəmirəl Məmmədovun müraciətləri dəymiş ziyanla bağlı hesablanmış məbləğə yenidən baxılması ilə bağlı olub. Ramazan Rəsulov isə fərdi yaşayış evinə quraşdırılan qaz sayğacının əvəzlənməsini xahiş edib. Maarif Rəsulovun müraciəti fərdi qaz tənzimləyicidə bəzi hallarda yaranan nasazlıqla bağlı olub. Görüş zamanı səsləndirilən bütün müraciətlər qeydiyyata alınıb, sakinlərin sualları cavablandırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə