Mobil versiya
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq
Tarix: 05-02-2024 | Saat: 16:28
Bölmə:Gündəm | çapa göndər

Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq

Əgər hər hansı vətəndaşın şəxsiyyətin vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır.

aia.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib fevralın 7-də növbədənkənar prezident seçkilərində səs verə bilərlər:

“Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən verilir və 10 il müddətinə verilir. Yeni nəsil şəxsiyyət vəsiqələrində belə problem ola bilməz. Etibarlılıq müddətin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər. Həmin şəxslər də səs verə bilərlər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024