Mobil versiya
Tərəqqi yolu ilə irəli! -Fotolar
Tarix: 03-02-2024 | Saat: 16:29
Bölmə:Seçki 2024 | çapa göndər

Tərəqqi yolu ilə irəli!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Gədəbəy rayonunda  gənclər, o cümlədən idmançılarla görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Zaur Mehdiyev, Tural Topçuyev, Asəf Qurbanov, Kəklik İbrahimova, Müşfiq Bağırov və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev Azərbaycana 20 illik rəhbərliyi dövründə ölkəmiz dinamik inkişaf edib, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edib.
Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəni daim inkişaf və tərəqqi yolu ilə irəli aparan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmçinin, fevralın 2-də təşviqat kampaniyası çərçivəsində rayonun Göyəlli  kəndində seçicilərlə görüş keçirilib.  



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə