CƏNAB PREZİDENT AVROPA ŞURASININ CAVABINI VERDİ!
Tarix: 03-02-2024 | Saat: 10:46
Bölmə:Özəl | çapa göndər
Avropa Şurası mühüm beynəlxalq birlik kimi, öz öhdəliklərinə görə ədalət, bərabərlik və üzvlərinin suverenliyinə hörmət prinsiplərinə riayət etməyi rəhbər tutmalıdır. Lakin son günlər bəzi avropalı deputatların Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə qarşı əsassız ittihamları beynəlxalq hüququn prinsiplərinə əməl olunması və dövlət suverenliyinə hörmətlə bağlı ciddi suallar yaradır. Bu, Azərbaycana qarşı açıq qərəzli münasibətdən xəbər verir. Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur. Bununla yanaşı, uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Onun sözlərinə görə, ölkəmizə qarşı bu cür qərəzli yanaşma Avropanın diplomatik nüfuzuna xələl gətirə, bir çox beynəlxalq məsələlərin həllini çətinləşdirə bilər. Və bu qərəzli yanaşmadan aydın görünür ki, Avropa Şurası tərəfindən ölkəmizə qarşı açıq Azərbaycanofobiya, İslamofobiya nümayiş olunur. Azərbaycan nümayəndə heyətinin etimadnaməsini şübhə altına almaq əvəzinə, açıq dialoq və konstruktiv əməkdaşlıq təşviq edilməlidir. Bu, hər hansı anlaşılmazlığı aradan qaldırmaq və ölkələr arasında etimadı qorumaq demək olardı: “Beynəlxalq hüquq hər bir dövlətin hüquq və vəzifələrinə hörmət etməyi tələb edir. Aydın sübutlarla dəstəklənməyən ittihamlar, bu prinsipin pozulmasına gətirib çıxara və regionda əlavə gərginlik yarada bilər. Azərbaycan 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin müdrik, beynəlxalq hüquq və prinsiplərə əsaslanmış qərarından sonra işğalçı Ermənistan dövləti ilə İkinci Qarabağ-Vətən Müharibəsini həyata keçirdi, 1990-cı ilin əvvəllərindən işğal altında saxanılan torpaqlarını azad etdi. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum 4 qətnamənin icrasını təkbaşına icra edərək, 30 il müddətində davam edən ədalətsizliyə son qoydu.
Təbii ki, əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra dünya dövlətləri, eləcə də BMT-də daxil olmaqla, demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bu ədalətli mübarizəsinə haqq qazandıraraq ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasını alqışladılar.Lakin, bunlarla yanaşı olaraq, erməni lobbisi öz himayədarlarının və Cənubi Qafqazla bağlı çirkin niyyətləri olan dövlətlərin fəal iştirakı ilə Azərbaycanın bu haqq işinə müxtəlif istiqamətlərdə kölgə salmağa və bu müharibənin nəticələri ilə razılaşmamaq üçün çox çirkin oyunlar oynamağa başladı. Baxmayaraq ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür, bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr də öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzlarından istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vururlar. Bunun timsalında 30 il Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində sözdə tərəfsiz olaraq çıxış edən və sülhün əldə olunması üçün danışıqlar prosesinin tərkib hissəsi olan Fransa, 2020-ci ildən sonra birmənalı mövqe ortaya qoyaraq ermənilərin dəstəklənməsi istiqamətində qərəzli fəaliyyətə başladı. Bununla da Fransa və digər “dost” ölkələr Böyük Sülh Sazişinin imzalanmasına dəstək olmaq əvəzinə artıq müxtəlif platformalarda Azərbaycanı qaralamağa və mümkün olan vasitələrlə ölkəmizə təsir etmək qərarına gəldilər. Şübhəsiz ki, baş verənlər AŞPA kimi nüfuzlu beynəlxalq təşkilat üçün riyakarlıqdan başqa, dünyada təhlükəsizliyin, baş verən qlobal dəyişikliklər fonunda nizam prosesininə mənfi təsir göstərməkdən başqa bir şey deyil, eyni zamanda dünyada inkişaf etmiş dövlətlərin demokratik inkişaf prosesinə özünəməxsus təsiridir. AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən, doğru və qanuni bildiyi yoldan heç vaxt uzaqlaşdıra bilməz.
Beləliklə, artıq həmin ermənipərəst qüvvələr birləşərək 2024-cü ilin yanvar ayında özlərini insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan AŞPA-nın qış yarım-sessiyasının açılış günündə göstərdilər. Nəticədə müxtəlif bəhanələrlə Azərbaycanın nümayəndə heyətinin səsinin müvəqqəti dondurulmasını təsdiqlədilər. Ümumiyyətlə, Avropa Şurası hər zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam etməkdədir. Dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan ilk gündən demokratik inkişaf yolunu tutub və bundan sonra da öz vətəndaşlarının hüquqlarını qorumaqla Cənubi Qafqazın bütün xalqlarının sülh içində yaşaması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Bu gün ölkəmiz artıq öz sözü, əməli ilə dünyada nüfuz sahibinə çevrilib və dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməklə nümayiş etdiririk ki, Azərbaycan tolerantlıq, multikultural dəyərlərə sadiqliyini qoruyaraq bundan sonra da davamlı inkişafını təmin edəcəkdir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025