Mobil versiya
Şirvan şəhərində "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyət sakinlərin istifadəsinə verilib -Fotolar
Tarix: 02-02-2024 | Saat: 22:19
Bölmə:Seçki 2024 | çapa göndər

Şirvan şəhərində "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyət sakinlərin istifadəsinə verilib

2 fevral 2024-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində sayca dördüncü həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Heydər Əliyev prospekti 265-273, 235-243, 249-253, 255-259 ünvanlarında 810 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir. Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Sahəsi 1,1 ha (10,100 m2) olan həyətin ərazisində 4 ədəd söhbətgah inşa edilib, oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə işıqlandırma sistemi yenilənib, binaların fasadları və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 153 ədəd şam ağacı, 60 ədəd gül kolu əkilib, yaşıllıq zolağı salınıb.

“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə