Mobil versiya
Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər!
Tarix: 02-02-2024 | Saat: 09:43
Bölmə:Seçki 2024 | çapa göndər

Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər!


Gününüz mübarək əziz Azərbaycan gəncliyi!


Azərbaycanda Gənclər günüdür.Məlumunuz olduğu kimi bu tarix,1997-ci ildən 2 fevral Günü ölkəmizdə "Gənclər Günü" kimi qeyd olunur. Hər kəsə məlumdur ki, 2 feval tarixinin Gənclər Günü kimi elan olunması,ölkəmizdə bütün Gənclərin,gəncliyimizin idealı dahi şəxsiyyət, ümummilliLider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin xalqının təkidli xahişi və tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.Daha sonra isə, 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı.Heydər Əliyevin prezidentliyi

dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər.Gənclik dövrüm o dahi insanın, ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişi dövrünə təsadüf etdiyi üçün, mən bütün bunların canlı şahidiyəm.2 fevral 1996 cı il tarixdə məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə ölkəmizdə gənclərin 1-ci forumu keçirilmişdir.Beləliklə1997-ci il tarixdən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıldı.Xüsusi qeyd edirəm ki,ÜmummilliLider tərəfindən əsası qoyulan bu uğurlu siyasi kurs, bu gün ölkədə qarşıdan gələn növbədənkənar Prezident Seçkilərində, doğma Partiyamız Yeni Azərbsycan Partiyasının namizədi, Prezident İlham Heydər oğlu Əliyev tərəfindən böyük uğurla davam etdirilir.Ölkədə İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətidə, bütün sahələrdə olduğu kimi Azərbaycan gəncliyinin inkişafına təkan verir, sağlam Gəncliyimizin cəmiyyətdə aktiv özünü göstərməsi və təsdiq etməsində mühüm rol oynayır.Mən ölkəmizdə yürüdülən Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına ölkə rəhbəri İlham Əliyevin xüsusi diqqət ayırdığını qeyd etmək istəyirəm.İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.Azərbaycanda artıq statistikaya nəzər salsaq, 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyinin, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini, idmançılarımız-ın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışlarını qürur hissi ilə göstərə bilərəm.Qeyd edim ki, Dünya səviyyəli bütün Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançılarımızın layiqincə qiymətləndirilməsi onların yeni uğurlarında mühüm rol oynayır.Nəhayət sonda böyük qürur hissi ilə deyirəm ki, Gənclərimiz üçün ən həlledici sınaq olan, 2020-ci ilin sentyabr aynın 27-də başlayan və noyabr ayının 10-da Azərbaycanın Şanlı Zəfəri ilə bitən 44 günlük Vətən müharibəsi olmuş- dur.Məğlubolunmaz, qəhrəman Gənclərimiz Ordumuzun sıralarında şücayətlə döyüşərək adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar.Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qətiyyətli rəhbərliyi ilə və qanı ilə torpaqlarımıza can verən Şəhid, Qazi gənclərimizin rəşadəti sayəsində əldə olunan Zəfərimizlə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Qədirbilən xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Son 200 illik tariximizdə heç görünməyən tarixi yeniliyi və həqiqəti ortaya qoydu Gənclərimiz. Sevindirici hal odur ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdilər, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vəhşilik aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər.
Qarşıdan gələn 7 fevral Prezident seçkilərində, yekdilliklə bütün Azərbaycan Gənclərinin Qalib Xalqın Qalib Lideri İlham Heydər oğlu

Əliyevə səs verəcəyindən əminəm.Çünki bu yolda Gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevdir!Məhz bu da dövlətimizin, Müasir AZƏRBAYCANIN banisi Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin Gənclərim izə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.Bütün bunlar
Gənclərimizin artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəyinin, açıq-aydın göstəricisidir !

Bir daha Gənclərimizi ürəkdən təbrik edirəm, onlarla qürur duyuram!


YAP Saatlı rayonu 15
saylı ƏPT-n sədri
Vüqar Məmmədov.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə