Mobil versiya
AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi Avropa dəyərlərinə ziddir
Tarix: 01-02-2024 | Saat: 17:15
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi Avropa dəyərlərinə ziddir

Azərbaycan Respublikası beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələrinə daima xüsusi önəm verimişdir. Belə təşkilatlardan biri də Avropa Şurası və onun strukturlarıdır. Hökumətlərarası və parlamentlərarası siyasi təşkilat olan Avropa Şurasına respublikamız hələ 1992-ci ildə qonaq statusu almaq üçün müraciət etsə də, bu məsələ öz müsbət həllini tapmamışdır. Bu təşkilatın respublikamıza qarşı münasibəti elə əzəldən də birmənalı deyildir. 1992-ci ildə Avropa Şurasının qeyri-üzv ölkələr üzrə komitəsi Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı respublikamızın əleyhinə bəyannamə qəbul etmişdir. Baxmayaraq ki, Ermənistan Azərbaycanın suveren hüquqlarına qarşı ərazi iddiaları irəli sürərək torpaqlarımızı işğal etmiş, Qərbi Azərbaycandan 300 minə yaxın soydaşlarımızı qaçqın, didərgin salmış, ev-eşiklərini talan etmiş, insanlığın ayıbı olan Xocalı soyqırımını törətmişdirlər. Avropa Şurası və onun strukturlarının, o cümlədən Parlamen Assambleyasının bir milyondan çox azərbaycanlı qaçqının hüquqlarını pozan Ermənistanın təcavüzkar siyasətini qınamaq əvəzinə günahsız Azərbaycana qarşı ədalətsiz mövqeyi bu təşkilatın əsl simasından xəbər verirdi.

Lakin Azərbaycan ona qarşı ədalətsizliyə baxmayaraq heç vaxt hüquqi, demokratik islahatların eləcə də insan haqlarının qorunması sahəsində qanunların beynəlxalq standartlara çatdırılması siyasətindən əl çəkməmiş, demokratik cəmiyyət quruculuğu sahəsində transformasiyanı uğurla həyata keçirmişdir.

Hazırda Avropa Şurasının və onun Parlamen Assambleyasının əsas məqsədlərindən biri mədəni əməkdaşlığın gücləndirilməsi, Avropada baş verən böyük ictimai problemlərin – irqi və dini ayrı-seçkilik kimi Avropa üçün qlobal problemlərin həllini axtarmaq olduğu halda ölkəmizin nümayəndə heyətinə qarşı ayrıseçkilik bu qurumun Avropa dəyərlərinə nə qədər hörmət etdiyini göstərir.
Ümumiyyətlə, Azərbaycan ümumavropa dəyərləri xəzinəsinə öz töhfəsini həmişə vermişdir. Bu gün Avropada artan irqi və dini ayrıseçkiliyin əksinə olaraq Azərbaycan multikultural ölkədir. Dinindən, irqindən və milliyətindən asılı olmayaraq bütün insanlar dinc və yanaşı yaşayırlar. Bu gün Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin Azərbaycan modelini təqdim edən ölkədir. Azərbaycan nümayəndə heyətinə AŞPA-nın əsassız iddiaları 30 il öncə xalqımızın başına gələn faciələr vaxtı səslənməmişdi. Avropa Şurası Parlamen Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli münasibəti, həmçinin əsassız iddiaları bu qurumun demokratik dəyərlərdən uzaq, “xristian şou kulub”u kimi özünü aparması bir daha sübut edir ki, Avropanın bər-bəzəkli təqdim etdiyi dəyərlər sistemi siyasi məqsədlərin alətinə çevrilmiş və elə orta əsrlər dövründəki kimi qalmışdır.

Sona Məhərrəmova
Sumqayıt Dövlət Universitetinin
Tarix və onun tədrisi metodikası kafedrasının müdiri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024