Avropa Şurası Tramp və Zelenski və Avropa liderlərinin görüşünü qiymətləndirmək üçün toplaşıb
Tarix: 19-08-2025 | Saat: 17:25
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqı (Aİ) liderləri ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə Vaşinqtonda keçirilən görüşü dəyərləndirmək üçün dünən bir araya gəlib.
Aİ Şurasının sədri Antonio Kosta, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında Aİ-yə üzv ölkələrin liderləri ilə videokonfrans görüşünü açıqlayıb.
Tramp bəyan edib ki, Ukraynada sülhün əldə olunması ehtimalı yüksəkdir.
Kosta öz postunda “Aİ Ukrayna xalqını və prezident Vladimir Zelenskini güclü şəkildə dəstəkləyir” deyib.
Kosta, Aİ-nin Ukraynada ədalətli və davamlı sülh üçün səyləri dəstəkləməyə davam edəcəyini vurğuladı və bu məsələnin önümüzdəki həftələrdə Aİ liderləri üçün prioritet olaraq qalacağını bildirdi.
Kosta, "Birinci addım olaraq, Rusiya zorakılığa dərhal son qoymalıdır" dedi.
ABŞ prezidenti Tramp dünən Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşüb. İclasda NATO-nun baş katibi Mark Rutte, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Giorgia Meloni və Almaniya kansleri Fridrix Merz iştirak ediblər.
Görüşdən sonra Tramp Avropa liderləri ilə görüşünün çox yaxşı keçdiyini və rusiyalı həmkarı Putin və özünün də qatılacağı Zelenski ilə üçtərəfli sammitə hazırlıqlara başladığını açıqlayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-08-2025