Mobil versiya
Yunanıstan ABŞ-nin hərbi tenxikasını yararsız adlandırdı
Tarix: 01-02-2024 | Saat: 13:48
Bölmə:Dünya | çapa göndər

Yunanıstan ABŞ-nin hərbi tenxikasını yararsız adlandırdı

Yunanıstan ABŞ-nin yardım üçün ayırdığı hərbi tenxikanı yararsız adlandırıb.

aia.az xəbər verir ki, bu barədə ölkənin yerli qəzeti ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinkenin məktubunda Yunanıstana təmənnasız vəd edilən iki "С-130" hərbi təyyarəsi işə yararsızdır və Nevada ştatında yararsız təyyarələrin olduğu yerdə saxlanılır. Bu təyyarələrin yenidən uçması üçün Yunanıstan onlara 110 milyon avrodan çox yatırım qoymalıdır.

Nəşr yazır ki, bununla ABŞ təyyarələrin emalına əziyyət sərf etmədən onlardan yaxa qurtarmağın yolunu tapıb.

Yunanıstan üçün nəzərdə tutulmuş 4 "LCS" freqatlarına gəlincə, ABŞ-nin Hərbi-Dəniz Qüvvələrinin bu gəmilərdən imtina etdiyi məlum olub. Belə ki, bu gəmilər tamamilə sıradan çıxıb və təmirləri böyük vəsait tələb edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025