Mobil versiya
Bakıda iki qardaş polisi döydü
Tarix: 06-09-2015 | Saat: 12:22
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Faktla bağlı araşdırma aparılır.

Bakıda iki qardaş Post Patrul Xidmətinin əməkdaşını döyüblər.

Aia.az xəbər verir ki, şahidlər musavat.com-a bildiriblər ki, hadisə Yasamal rayonu, Zərgərpəalan küçəsində baş verib.

Küçədə ictimai qaydanı pozan iki şəxsi Post Patrul Xidmətinin əməkdaşı intizama dəvət edib. Bu zaman polis əməkdaşı həmin iki şəxs tərəfindən döyülüb.

Döyülən polis serjantı 1988-ci il təvəllüdlü Vüqar Şahverənov olub.

Polisi döyənlər Astara rayon sakinləri olan qardaşlar, 1993-cü il təvəllüdlü Fərid Hənifəyev və 1994-cü il təvəllüdlü Elməddin Hənifəyev olub. Polis əməkdaşı sifətindən bir neçə yumruq zərbəsi alıb. Qardaşlar tərəfindən döyülən polis xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə